Haqqımızda

Biznes İdeya

Biznes ideyanın əsası təhsil almaq istəyənlərlə təlimçiləri birləşdirəcək veb-saytın yaradılmasıdır. Azərbaycan Respublikası və ya xarici ölkə vətəndaşlarına pullu və ya pulsuz kateqoriyaları üzrə onlayn distant təhsil xidmətlərinin təklif edilməsidir. Layihənin həyata keçirilməsi təhsil almaq istəyənlərin istədikləri yerdən, zamana israf etmədən və daha ucuz qiymətə biliklər əldə edə biləcək, təlimçilər isə öz kütləsinə rahatlıqla xitab edə biləcək, sadəcə bir dəfə təlim hazırladıqdan sonra davamlı olaraq həmin təlimlərdən pul qazanmış olacaqlar.

Missiyamız

Biz müştərilərimizin onlara uyğun zamanda, uyğun yerdə, uyğun keyfiyyətdə və qiymətə təhsil almasını təmin etməklə onların professional və şəxsi inkişafı üçün çalışacarıq və buna təlimlərin keçirilməsi sahəsində yeni texnologiyaların tətbiqi və onlayn təlimlərin həyata keçirilməsini təmin etməklə nail olmağı düşünürük.
Məqsədimiz

● “Hər kəs üçün təhsil” ideyasını formalaşdırmaq. 
● Təhsilin tədqiqat yolu ilə həyata keçirilməsini təmin etmək. 
● Müştəri məmnuniyyətini qazanmaq yolu ilə bazarda etalona çevrilmək. 
● Təkcə yerli deyil beynəlxalq bazara da xitab edəcək qlobal şirkətə çevrilmək.

Son dəyişilmələr: Monday, 28 November 2016, 12:30 PM